“Sentyabrın 2-də “Artsax”da mitinq keçiriləcək və bu aksiyada yeni yaranmış “Artsaxın müdafiəsi uğrunda” hərəkatı “Artsax hakimiyyəti”ndən ictimaiyyətə aydın tələblər təqdim edəcək”.
Yenisabah.az xəbər verir bu sözləri “Pastinfo” ilə söhbətində qondarma rejimin “Milli Assambleyası”nın “deputat”ı Metakse Akopyan deyib.
O, izah edib ki, tələblər bir sıra sosial və təhlükəsizlik məsələlərinə aid olacaq. Marqarita pizza
Akopyanın sözlərinə görə, “Artsaxın müdafiəsi naminə” hərəkatının koordinatorları tələblərini anlatmaq üçün şəhər və kəndlərdə vətəndaşlarla görüşmək üçün dəstələr yaradıblar və hazırda bu işlə məşğuldurlar.
“Təhlükəsizlikdən tutmuş sosial problemlərə qədər bir çox tələblər var ki, bunlar “Artsax”da dəhşətli ölçülərə çatıb.
“Artsax” hakimiyyəti tez-tez oxlarını Nikol Paşinyana və ya Rusiya sülhməramlılarına yönəldir, lakin “Artsax sakinləri” nə Nikol Paşinyanı seçdilər, nə də “Artsax”a rus sülhməramlılarını gətirdilər. Onlar xalqın tələblərini yerinə yetirməyə borclu olan bir prezident seçdilər. Əgər Arutyunyan bunu bacarmırsa, buyursun desin ki, “xalqı öz taleyinə buraxıram”.
Telegram kanalımız