Qarabağ erməniləri də açıqlama yaydı: 2021-ci ildən əlaqəmiz var...

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ erməniləri də açıqlama yaydı: 2021-ci ildən əlaqəmiz var...

Rəsmi

24 Avqust 2022 12:58 6323


“Dünən, avqustun 22-də Azərbaycan mətbuatında Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşlarının “Artsax Respublikası”nın nümayəndələrinin iştirakı ilə Sərsəng su anbarına səfəri barədə məlumat dərc olunub ki, bu da ictimaiyyət arasında müəyyən narahatlıq və suallar doğurub”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu haqda qondarma rejimin informasiya qərargahı məlumat yayıb:

“Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra yaranmış vəziyyətdə su ehtiyatlarının idarə edilməsi, əhaliyə verilən içməli və suvarma suyunun təhlükəsizliyini təmin etmək məqsədilə “Artsax”da yerləşən Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi ilə Rusiya Federasiyasının Su Komitəsinin nümayəndələri 2021-ci ildən Azərbaycan tərəfi ilə əlaqə saxlayır və Azərbaycanın nəzarətində olan ərazilərə vaxtaşırı səfərlər edərək “Artsax”ın bir sıra icmalarına verilən içməli və suvarma suyundan istifadə ilə bağlı qarşılıqlı razılaşmaların əldə edilməsi, eləcə də problemlərin həlli üçün danışıqlar aparır. Sezar pizza

Həmin çərçivədə Sərsəng su anbarının yaxınlığındakı su yataqlarından qarşılıqlı faydalı istifadə məsələsini müzakirə etmək üçün növbəti toplantı təşkil edilib. Sərsəng su anbarı üzərində “Artsax Respublikası”nın nəzarəti ilə suvarma infrastrukturlarına Azərbaycanın nəzarəti nəzərə alınmaqla, su ehtiyatlarından səmərəli istifadənin mümkün variantları haqqında fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə Sərsəng bölgəsində həm elektrik enerjisi istehsalı, eləcə də içməli və suvarma suyu ilə bağlı ehtiyaclar əsas götürülərək qərarlar qəbul ediləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!