“Qarabağ erməniləri ilə görüşlərdə şəxsən özüm iştirak etmərəm”

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ erməniləri ilə görüşlərdə şəxsən özüm iştirak etmərəm”

Maraqlı

28 Fevral 2023 15:34 1275


“Azərbaycan və Qarabağın erməni icmasının sonuncu görüşü barədə məlumatlar məndə də çox azdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. 

O, ötən həftə Azərbaycan və Qarabağın erməni icmasının nümayəndələri arasında baş tutan görüşdən, habelə xalq diplomatiyasının işə salınması mexanizmindən söz açıb.  Dominos pizza

R.Arifoğluya görə, Azərbaycanın Qarabağ ərazisində yerləşən erməni vətəndaşlar dövlətimizə inteqrasiyasında və təmaslarda maraqlıdır:

“Onları yanlışdan, terrorçulardan, eləcə də separatçılardan təmizləmək isə Azərbaycanın maraqlarına uyğundur. Bu baxımdan, müvafiq prosesi doğru hesab edirəm. 

Biz açıq-aşkar yeni status-kvo yaratmış vəziyyətdəyik. Buna görə də xalq diplomatiyası və icma ilə münasibətlərin qurulması bizim faydamızadır və regiondakı gərginliyin azaldılması üçün bu, çox lazımdır. Ona görə də bu istiqamətdə atılan və atılacaq addımlar önəmlidir”. 

Müsahibimiz xatırladıb ki, bundan əvvəl də Qarabağın erməni icması ilə dəfələrlə təmaslar olub: 

“Həmin icmanın bir neçə təmsilçisi, hətta xahiş belə edib ki, Azərbaycanın nəzarətində olan plantasiyalarına baş çəksinlər. Lakin onların bu xahişinə əməl edilməyib. Təmaslar Ruben Vardanyan gələnə qədər olub və indi də yenidən start götürüb”. 

Mütəxəssis əmindir ki, bu gün Azərbaycan dövlətinin bir duruşu var:

“Bu duruş qəti və birmənalı şəkildə ortaya qoydu ki, dövlətimiz əli qana batmış müharibə caniləriylə görüşməyəcək, təmas qurmayacaq və onları danışıq tərəfi kimi qəbul etməyəcək. Bu baxımdan, Araik Arutyunyan və digər müharibə caniləri ilə görüşlər istisna olunur. Görünür, bunu erməni tərəfi də nəzərə alır və görüşlərə göndərilən təmsilçilər hər halda Araik və digər müharibə caniləri deyillər. Kimlikləri bilinmir və bizimlə də paylaşılmayıb. Ümid edirəm ki, yaxın zamanlarda erməni icmasının təmsilçiləri ilə Azərbaycan dövlətinin təmasları, o cümlədən cəmiyyətin ayrı-ayrı nümayəndələrinin təmasları şəffaflaşacaq”. 

Ekspert iddia edir ki, mütləq xalq diplomatiyası başlamalıdır:

“Əgər biz bu insanları öz ərazimizdən beynəlxalq şərtlərə, eləcə də başqa göstəricilərə görə çıxara bilmiriksə, bundan başqa, onların burada qalması şərti artıq dünya miqyasında dövlət səviyyəsində tərəfimizdən elan olunubsa və reinteqrasiya prosesi başlayıbsa, bunun özü elə adına xalq diplomatiyası dediyimiz prosesin özüdür”. 

“Bu, mütləq olmalı, jurnalistlər, eləcə də digər qurumların təmsilçiləri gedib gəlməli və öz ərazimizdə yaşayan insanlarla təmas qurub onları sağlamlaşdırmalıyıq. Bütün təmaslar olmalıdır ki, həmin o separatçı və düşmən zehniyyəti yuyub təmizləməklə onları insanlaşdırmalıyıq. Lakin mən bir vətəndaş, eyni zamanda Azərbaycan türkü olaraq o görüşlərdə şəxsən özüm iştirak etmərəm, amma prosesləri işıqlandırmaq üçün təmsilçi göndərərəm”, - yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!