“Qarabağ ermənilərinə status” deyən  səfir Zəngəzurda dincəlir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ ermənilərinə status” deyən  səfir Zəngəzurda dincəlir

Rəsmi

08 Avqust 2021 11:28 3454


ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi hazırda Azərbaycanın “Ermənistanın Sünik vilayəti” adlandırılan qədim Zəngəzur torpağında istirahət edir.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, səfirin Zəngəzur tətilinin görüntüləndiyi foto-şəkillər ABŞ –ın “USAID”(Beynəlxalq İnkişaf Agentliyi) təşkilatının Ermənistan şöbəsinin “Facebook” səhifəsində yerləşdirilib.

“Möhtəşəm mənzərələr, ulduzlu gecələr və qonaqpərvər insanlar - Lin Treysinin tətilini Sünikdə keçirmək üçün cəlb edən amillər bunlardır. Səfir yerli sakinlərlə birlikdə Sünik dağlarındakı  gəzintində iştirak edib və gecələr xanım Treysiyə Ermənistanın zəngin tarixi və mədəniyyəti haqqında danışıldı” – xəbərdə belə deyilir. pizza

Daha əvvəl xəbər verilib ki, ABŞ -ın Ermənistandakı səfiri Lin Treysi və “USAID”-in Ermənistandakı nümayəndəliyinin rəhbəri Con Aleo Sünikə səfər ediblər.

Xatırladaq ki,  10 Noyabr üçtərəfli razılaşmasından bəri ABŞ -ın Ermənistandakı səfiri Lin Treysi dəfələrlə Ermənistanın Azərbaycanla sərhədinə, xüsusən Zəngəzura səfərlər edib.  27  iyulda o, Kəlbəcərlə sərhəd ərazisinə də gəlib. Və tərəflərə “münaqişənin Minsk Qrupu çərçivəsində həlli üçün səyləri davam etdirməyə çağırıb”. Minsk Qrupu isə həmsədrlər ABŞ, Fransa və Rusiya başda olmaqla Qarabağdakı ermənilərə “status” tələb edir...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!