“Qarabağ ermənilərini bir neçə saat içərisində qazla təmin edə bilərik”   - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ ermənilərini bir neçə saat içərisində qazla təmin edə bilərik” - Nazir müavini

Maraqlı

02 İyun 2022 16:39 4605


Bu gün Azərbaycan Qarabağda yaşayan erməniləri enerji ilə təmin etmək iqtidarındadır. 

“Yeni Sabah”ın məlumatına görə, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Bununla bağlı qərar verilsə biz bunu bir neçə saat içərisində edə bilərik. Hazırda ölkədə istehsal olunan enerjidən Azərbaycan vətəndaşları yararlanır”, - E. Soltanov bildirib. pizza mizza

Nazir müavini əlavə edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bizim qazımızdan istifadə edəcək: "Onlar hazırda ödədiklərindən az ödəniş edəcəklər"./Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!