“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” ev oyunlarını bu stadionda keçirəcək 

İdman

05 Sentyabr 2023 14:56 510


“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.

Yenisabah.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, “Azərsun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL 6-cı turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!