“Qarabağ“- “Gent“ oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“- “Gent“ oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq

İdman

14 Fevral 2023 11:46 716


Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Gent" matçı 1 dəqiqəlik sükutla başlayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA qərar verib. 

Qurumun belə addım atmasında məqsəd qardaş ölkə Türkiyədə, həmçinin Suriyada baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunmasıdır. UEFA-nın qərarına əsasən, avrokubokların - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının bu həftə keçiriləcək bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut olacaq.  Həmçinin oyunlar zamanı lövhələrdə Türk və Ərəb dillərində "Sizinləyik" mesajı göstəriləcək.  pizza hut

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq. 

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələdə də çox sayda insan həlak olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!