“Qarabağ” “Gent”ə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Gent”ə qalib gəldi

İdman

16 Fevral 2023 23:45 1883


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da bu mərhələdə ilk matçına çıxıb.

2023-cü ildə Ağdam təmsilçisinin Avropa kuboklarında ilk oyununu keçirən Qurban Qurbanovun komandası Belçika "Gent"ini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi bu vacib matça ciddi itkilərlə çıxıb. Əsas qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən bu oyunu buraxıb. Mərkəz müdafiəçisi Kevin Medina isə cəzalı durumda olduğundan komandasına kömək edə bilməyib. Dominos pizza

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 23-də Belçikada keçiriləcək.

Xatırladaq ki, "Gent" Belçika çempionatında hazırda 39 xalla 5-ci pillədə qərarlaşıb.

16 fevral

UEFA Kofrans Liqası

Pley-off

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika) - 1:0 

Qol: Leandro Andrade, 78

Hakimlər: Mohammed Al-Hakim,  Fredrik Klyver, Robin Vilde (İsveç)

Reallaşdırılmayan penalti: Ramil Şeydayev, 52 ("Qarabağ")

Bakı.Tofiq Bəhramov adına Respublika stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!