“Qarabağ” - HİK matçı bu hakimlərə həvalə olundu  

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - HİK matçı bu hakimlərə həvalə olundu  

İdman

03 Avqust 2023 15:25 1181


“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. 

Yenisabah.az-ın məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb. 

Avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İsraildən olan ədalət təmsilçiləri idarə edəcək. Roy Reynşreyiber baş hakim olacaq. Ona David Elias Biton və Saqi Metzamber kömək edəcək. Dördüncü hakim funksiyasını Erez Papir yerinə yetirəcək.  pizza sifarişi

Bir həftə sonra Helsinki stadionunda təşkil olunacaq cavab qarşılaşmasında ədaləti fransalılar qoruyacaq. Villi Delajodun baş hakim olduğu matçda ona Ervan Finjean və Filipp Jan kömək edəcək. Tomas Leonard isə dördüncü hakim olacaq. 

Qeyd edək ki, ilk oyun saat 20:00-da, cavab matçı 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!