“Qarabağ” hücumçusuna 150 min dollar qiymət qoydu 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” hücumçusuna 150 min dollar qiymət qoydu 

İdman

25 İyun 2021 16:51 1257


“Qarabağ”ın hücumçusu Ovusu Kvabenaya qoyduğu transfer qiyməti məlum olub.

Yenisabah.az-ın məlumatına görə, Ağdam təmsilçitsi qanalı forvardı 150 min dollara satmağa hazırdır.

24 yaşlı aafrikalının karyerasını İspaniya və ya Türkiyədə davam etdirmək ehtimalı var. pizza mizza

Karyerasının böyük hissəsi məhz İspaniya ilə bağlı olan Ovusu ilə maraqlanan klublardan biri sabiq komandası “Kordoba”dır. H

əmçinin “Mirandes”dən sonra La Liqa-2 təmsilçisi “Tenerife” də forvarda təklif göndərib.

“Qarabağ”ın oyunçusunun xidmətində maraqlı olan Türkiyə klubu isə Super Liqanı bu il tərk edən “Ərzurumspor” və TFF I Liqada mübarizə aparan ”İstanbulspor”dur.

Ötən ilin əvvəlində “Leqanes”dən alınan hücumçu hazırda adıçəkilən klublarla danışıqlar aparır. “Qarabağ” müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Ovusunu icarəyə verməyə də razıdır.

    

    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!