“Qarabağ” ilk yoxlama matçında darmadağınla qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” ilk yoxlama matçında darmadağınla qalib gəldi

İdman

26 İyun 2021 20:23 994


Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”la “Keşlə” təlim-məşq toplanışını davam etdirir.

Yenisabah.az xəbər verir ki, komandalar hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bir-birlərinə qarşı keçiriblər.

“Azersun Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələri artıq ilk hissədəcə rəqib qapısından 4 cavabsız top keçirərək görüşün taleyini həll edib. Dördpendirli pizza

Xayme Romero və icarədən qayıdan Musa Qurbanlının dubl etdiyi oyunda yeni transfer Kadi Borqes də fərqlənib. “Qarabağ” rəqibini 7 cavabsız qolla darmadağın edib.

Qeyd edək ki, iyunun 30-də “Qarabağ”la “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.

Yoxlama görüşü

26 iyun

“Qarabağ” – “Keşlə” - 7:0

Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88

/Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!