“Qarabağ”ın “Ludoqorets” ilə oyunları bu ölkələrdən olan hakimlərə tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın “Ludoqorets” ilə oyunları bu ölkələrdən olan hakimlərə tapşırıldı

İdman

01 Avqust 2024 17:20 738


"Qarabağ"ın Bolqarıstan “Ludoqorets”inə qarşı keçirəcəyi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.

Yenisabah.az AFFA-nın  saytına istinadən xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.

6 avqust. pizza sifarişi

20:00. “Qarabağ” – “Ludoqorets”

Baş hakim: Urs Şnider

Baş hakimin köməkçiləri: Marco Zürcher, Benjamin Zürcher

Dördüncü hakim: Sven Wolfensberger

VAR hakimləri: Fedayi San, Johannes von Mandach (Hakimlər briqadası İsveçrədəndir)

Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. “Ludoqorets” - “Qarabağ”

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Giorgio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marchetti

VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)

Ludoqorets Arena 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!