Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən, 400 komandanın siyahısını müəyyənləşdirib.
Cədvəldə Azərbaycanın ən yaxşı komandası kimi “Qarabağ” göstərilib. Ağdam klubu ötən illə müqayisədə 57 pillə irəliləyərək 144 xalla dünyanın 80-ci komandası olub. pizza
“Ağ-göylər” “Qalatasaray”, “Vilyarreal” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Feyenoord” (Niderland), “Torino” (İtaliya), “Partizan” (Serbiya) və “Zenit” (Rusiya) kimi tanınmış klubları qabaqlayıb.
Ötən il 459-cu olan “Neftçi” isə 217-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 316 xalla "Liverpul" liderlik edir. "Barselona" 293 xalla 2-ci, "Mançester Siti" 284 xalla 3-cü yerdədir.
Telegram kanalımız