Son Azərbaycan çempionu "Qarabağ" İspaniyadan daha bir futbolçu transfer edə bilər.
“Yeni Sabah” İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu "Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montieli heyətinə qatmaq istəyir.
Bildirilir ki, Sequnda təmsilçisi əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunu Avropada “transfer pəncərəsi”nin son günündə satmaq və ya icarəyə vermək istəyir. pizza hut
Montiel bu mövsüm Sequndada sonradan meydana daxil olmaqla 12 oyunda çıxış edib. Ağdam klubu isə indiyədək İspaniyadan 4 futbolçunu - Dani, Miçel, Xayme Romero və Ovusu Kvabenanı transfer edib.

Telegram kanalımız