“Qarabağ” qış transfer dönəmində heyətini yeni futbolçu ilə gücləndirib.
“Yeni Sabah” xəbər verir ki, Ağdam təmsilçisi “Leqanes”in (İspaniya) hücumçusu Ovusu Kvabenanı heyətinə cəlb edib.
Qanalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Dördpendirli pizza
Qeyd edək ki, İcarə əsasında II divizion klubu “Kordoba”da çıxış edən 22 yaşlı forvard cari mövsüm “Kordoba”da səkkiz qol vurub. Ötən il isə üç dəfə Qana millisində çıxış edib. O, Qana millisinin ötən yay keçirilmiş Afrika Millətlər Kubokundakı iştirak ərizəsində də yer alıb.

Telegram kanalımız