"Qarabağ" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
“Yeni Sabah” Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, ispaniyalı yarımmüdafiəçi Dani Kintanadır.
Son Azərbaycan çempionu Kintanaya xidmətləri qarşılığında təşəkkürünü bildirib. O, Çinin "Chengdu Better City" klubuna transfer olunub və bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Taylandda davam edən düşərgəsinə yollanacaq. Toyuqlu pizza
Xatırladaq ki, 33 yaşlı oyunçu “Qarabağ”da 2015-ci ildən çıxış edirdi.
Qeyd edək ki, "Qarabağ" daha öncə Simeon Slavçev ("Levski", Bolqarıstan), Asmir Beqoviç ("Milan", İtaliya) və Riçard Almeyda ("Baniyas", BƏƏ) ilə vidalaşıb.

Telegram kanalımız