“Qarabağ” İtaliyadan hücumçu alır - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” İtaliyadan hücumçu alır - Foto

İdman

22 Sentyabr 2020 10:43 1674


“Qarabağ” hücumçu axtarışını davam etdirir.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Kyevo”nun hücumçusu Manuel Puççiarellini transfer hədəfinə alıb.

29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir. pizza

“Kyevo” Puççiarellini 2019-cu ilin yayında “Empoli”dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Peskara”da keçirib.

Sportinfo-nun yazdığına görə, təcrübəli hücumçu A Seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib. B Seriyasında 77 matç keçirən forvard 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!