“Qarabağ” “Kəpəz”i darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Kəpəz”i darmadağın etdi

İdman

18 Oktyabr 2024 22:39 733


Azərbaycan Premyer Liqasının X turunda "Qarabağ" səfərdə "Kəpəz"lə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ"ın qollarını Emmanuel Addai (17), Aleksey İsayev (51), Leandro Andrade (52), Toral Bayramov (67) və Aleksey Kaşuk (78) vurub. pizza sifarişi

Turnir cədvəlinə liderlik edən Qurban Qurbanovun komandası bu qələbədən sonra xallarının sayını 24-ə çatdırıb. Gəncə klubu isə 3 xalla sonuncu pillədədir.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!