Avrokubokların hazırlıqlarını davam etdirən Azərbaycan klublarının iştirakı ilə daha bir matç bu gün keçirilib.
Yenisabah.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.
Ötən mövsümün qızıl və bürünc mükafatçıları hazırlıq dövründə ikinci dəfə görüşəcək. İlk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb. pizza hut
Qeyd edək ki, “Keşlə” bunadək “Qarabağ” (1:3), “Zirə” (1:0) və “Səbail”lə qarşılaşıbsa, “Qarabağ” “Keşlə” (3:1), “Sabah” (1:2) və “Neftçi” (1:0) ilə görüşüb.
Yoxlama oyunu
5 avqust
19:00. “Qarabağ” – “Keşlə” – 4:0
Qollar: Kvabena Ovusu, Kevin Medina, Mahir Emreli (2)
Telegram kanalımız