“Qarabağ” Kiprdə “Omoniya”nı darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Kiprdə “Omoniya”nı darmadağın etdi

İdman

01 Oktyabr 2021 00:58 819


Bu gün Konfrans Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olub.

Meydan sahibləri birinci hissəni 1:0 üstünlüklə bitirsələr də, fasilədən sonra "Qarabağ" geridönüş edərək qalib gəlib - 1:4. pizza

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edib. Meydan sahibləri 4:2 hesablı qələbəyə seviniblər.

Beləliklə, bu nəticələrlə "Qarabağ" iki turdan sonra qrupda liderliyə yüksəlib.

30 sentyabr

Konfrans Liqası

H qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan) - 1:4 

Qollar: Leçyaks, 40 - Kadi Borqes, 52, 90+4, Ramil Şeydayev, 73, Maksim Medvedev, 79-pen, 

Baş hakim: Bobbi Madden (Şotlandiya)

Nikosiya. GSP stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!