Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya" ilə qarşılaşacaq "Qarabağ" bu gün Kiprə yola düşəcək.
Yenisabah.az xəbər verir ki, komanda çarter reysi ilə bu gün saat 18:00-da Bakıdan Larnaka, oradan isə avtobusla Nikosiya şəhərinə yola düşəcək.
"Qarabağ" Kiprə adı UEFA-nın sifariş ərizəsində olan 28 futbolçudan 5-ni aparmayacaq. Bunlar zədəlilər Xayme Romero, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Zamiq Əliyev və Amin Ramazanovdur. Dominos pizza
Qeyd edək ki, sentyabrın 30-u keçiriləcək "Omoniya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Telegram kanalımız