"Dağlıq Qarabağdakı separatçı qondarma rejimin keçirdiyi "üzdəniraq" prezident seçkilərinin ikinci turu baş tutub. İkinci tura keçən Masis Mailyan seçicilərini seçkini boykota çağırdığı üçün seçki yarışında iştirak etməyib". Dominos pizza
Yenisabah.az xəbər verir ki, bunu politoloq Natiq Miri deyib. O bildirib ki, bu hal "rəqibi" Araik Arutunyanın rahatlıqla qalib gəlməsinə şərait yaradıb: "Seçki”də seçicilərin 44.9 faizinin iştirak etdiyi bildirilir. Səsverənlərin 87 faizinin səsini alan Araik Arutunyan qalib elan olunub. Bununla da Paşinyan hökümətinin Dağlıq Qarabağdakı "seçki şousu" Qarabağ klanı üzərində tam qələbə ilə bitib. Bu vəziyyət həm də Paşinyan üçün Qarabağ danışıqlarında divarın bitdiyi yerdir. Top yenə Azərbaycan hakimiyyətinin meydanındadır. Qarabağımızı qaytarmaq üçün artıq bəhanə qalmadı".
Telegram kanalımız