“Qarabağ” klubu tarixinin rekordunu təkrarlayıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” klubu tarixinin rekordunu təkrarlayıb

İdman

25 May 2025 11:20 377


"Qarabağ" mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb. Sezar pizza

Qurban Qurbanovun yetirmələri sonuncu - XXXVI turda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəliblər.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl - 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. "Neftçi" 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!