Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” koronavirus testindən keçib.
Yenisabah.az xəbər verir ki, apasport.az saytının məlumatına görə, bu gün nəticələrin cavabı bilinib.
Bütün komandadan götürülən testin nəticəsində yeni yoluxma faktı aşkarlanmayıb. Ağdam təmsilçisində aktiv xəstə olan qapıçı Şahruddin Məhəmmədəliyev və hücumçu Xayme Romeronun 14 günlük karantin müddəti başa çatmadığından, onlar Qəbələyə aparılmayıb. Dördpendirli pizza
Qeyd edək ki, dekabrın 20-də keçiriləcək “Qəbələ” – “Qarabağ” görüşü saat 15:00-da başlayacaq.
Telegram kanalımız