“Qarabağ” “Krasnodar”ın futbolçusu Sergey Volkov üçün Rusiya klubuna təklif göndərib.
Yenisabah.az xəbər verir ki, Kuban təmsilçisi “köhlən atlar”ın istəyini qəbul etməyib.
“Krasnodar” bu ilin qışında “Qarabağ”dan Kadi Borgesi 5 milyon avro qarşılığında heyətinə qatıb. Rusiya təmsilçisi bu transfer üçün Ağdam klubuna cəmi 2 milyon avro ödəyib. Azərbaycan çempionu qalan 3 milyon avro borc qarşılığında ruslardan 21 yaşlı sağ cinah müdafiəçisini istəyib. Lakin “Krasnodar” təklifi müsbət cavablandırmayıb. Dördpendirli pizza
Qeyd edək ki, Kadi Borges “Krasnodar”ın heyətində meydana çıxdığı 11 oyunda 3 qol vurub və bir məhsuldar ötürmə edib./Oxu.az
Telegram kanalımız