“Qarabağ” liderlər arasında - Konfrans Liqası

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” liderlər arasında - Konfrans Liqası

İdman

22 Sentyabr 2021 16:53 1140


Konfrans Liqasının 1-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb. 

Yenisabah.az UEFA-ya istinadən xəbər verir ki, ən yaxşılar sırasında “Bazel”lə heç-heçə edən “Qarabağ"ın futbolçuları da yer alıb.

Statistikada Abbas Hüseynovla Kadi Borqesin cinah ötürmələri xüsusi qeyd olunub. pizza sifarişi

Onlar 5 dəfə qapı önünə dəqiq ötürmə edib.

Hər iki futbolçu Konfrans Liqasının bu göstəricidə ən yaxşı 5 oyunçusundan biridir.

“Qarabağ”ın kapitanı Maksim Medvedev topalmada turnirin ən yaxşısıdır.

O, 14 dəfə rəqibdən top alıb. Komanda yoldaşı Kevin Medinada bu rəqəm yalnız 8-ə bərabərdir.

Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!