“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirildi

İdman

24 İyul 2024 14:37 726


Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının hakimləri dəyişdirilib.

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Referi Yakob Sandberq olacaq. Ona yan xətt hakimləri qismində Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq. pizza mizza

Qeyd edək ki, sözügedən matç iyulun 30-da Tofiq Bərhamov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!