“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Linkoln” matçının biletləri satışa çıxarıldı 

İdman

19 İyul 2024 09:22 830


UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Linkoln” (Cəbəllütariq) oyununun biletləri bu gündən - iyulun 19-u saat 11:00-dan etibarən satışa çıxarılır. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100  manat təşkil edir.  pizza sifarişi

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

 Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu; 

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları; 

Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab matçını iyulun 30-u Bakıda keçirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!