“Qarabağ” - “Lion” matçının biletləri bu gün satışa çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Lion” matçının biletləri bu gün satışa çıxarılacaq

İdman

19 Noyabr 2024 00:54 819


UEFA Avropa Liqasının V turunun “Qarabağ” - “Lion” (Fransa) oyununun biletləri bu gün satışa çıxarılacaq.

Yenisabah.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır. Marqarita pizza

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!