“Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq” –   Rüstəm İbrahimbəyov

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq” – Rüstəm İbrahimbəyov

Siyasət

07 Oktyabr 2020 14:41 1391


“Mənə elə gəlir ki, qələbəmiz yaxındadır. Yavaş-yavaş dünyada da başa düşürlər ki, günah kimdədir. Azərbaycan informasiya müharibəsində də düşməni udur. Ermənistanın imkanları bizə bəllidir. Açıq-aşkar məlumdur ki, bir çox dövlətlər bizim tərəfimizdədir. Düşünürəm ki, bir-iki həftədən sonra Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə kinorejissor Rüstəm İbrahimbəyov Modern.az-a müsahibəsində bildirib.

O, Prezident İlham Əliyevin çıxışlarını çox bəyəndiyini dilə gətirib. Qeyd edib ki, Azərbaycan Prezidenti Ordunu çox yüksək səviyyədə idarə edir: “Fəxr edirəm ki, bizim xarici siyasətimizi aparan ağıllı, qabiliyyətli və müdrik bir şəxs, dövlət başçımız var. Bizim xalqımıza birlik yaraşır. Mən bu birlikdən qürur duyuram”. pizza

R.İbrahimbəyov Qarabağ həqiqətlərini dünyaya çatdırmağı özünün birinci vəzifəsi olduğunu diqqətə çatdırıb. Deyib ki, məsələni yaxından bilməyən auditoriyalara bu barədə həqiqətləri aydın formada izah edir.

O, ermənilərin daim yalan fikirlər səsləndirdiklərini, bunun qarşılığında hər zamankı kimi yenə də susdurulduqlarını vurğulayıb. Kinorejissor ATƏT-in Minsk qrupunun ard-arda bəyanatlar səsləndirməsinə də münasibət bildirib: “Mən o atəşkəsin tərəfdarıyam ki, torpaqlarımızı geri qaytarsınlar, ondan sonra oturub söhbət edək. Yəni atəşkəsə bir şərtlə razıyam ki, işğal olunmuş torpaqlarımız azad olunsun. Müharibədə itkilər olur. Şəhidlərimiz var. Biz də heç bir vətəndaşımızı itirmək istəmirik. Qarşı tərəf də itkilər verir. Ermənistan nə qədər tez torpaqlarımızı işğaldan azad edərsə, o qədər tez bu məsələ həll olunar”.

Kinorejissor 1992-ci ildə analarının qucağında məcburi köçkün düşən körpələrin bu gün tankın üstündə öz torpaqlarında düşməni əzməsinə, Qarabağı görməyən uşaqların bu gün Qarabağın azadlığı uğrunda mübarizə aparmasına da münasibət bildirb: “Hazırda böyük ruh yüksəkliyi içərisindəyəm. 30 il ərzində azərbaycanlılar haqqında çox sözlər deyirdilər. Deyirdilər ki, azərbaycanlıların müharibə aparmaq qabiliyyəti çatmır. Bütün dünyaya təsdiq etdik ki, biz müharibə etməyi bacarırıq. Eyni zamanda, sülhsevər xalqıq. 27  ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışdıq. Ermənistan bizi məcbur etdi ki, onlarla savaş dilində danışaq. Bütün dünya gördü ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycanın qeyrətli oğulları var. Eləcə də xalq olaraq yumruq kimi birləşməyi bacardıq. Azərbaycanlılar haqqında yanlış fikirləri Qarabağ uğrunda gedən döyüşlər məhv etdi”.

R.İbrahimbəyov torpaqlarımız tam azad ediləndən sonra kinorejissor olaraq görəcəyi işlərdən də söhbət açıb. O, Kinematoqrafçılar İttifaqının müsabiqə elan etdiyini, müharibə məzmununda ssenarilər yazıldığını dilə gətirib. Qeyd edib ki, qələbə həm də yaradıcı adamların stimul yeridir və onlar daha böyük həvəslə çalışacaqlar.

Hazırda Moskvada olduğunu söyləyən kinorejissor 15 gündən sonra Azərbaycana gəlməyi planlaşdırdığını açıqlayıb: “O günü səbirsizliklə gözləyirəm ki, Şuşa azad olunsun və biz qələbəmizi orada bayram edək. Bundan gözəl obraz varmı?!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!