“Qarabağ məsələsində yüksək həssaslıqdan qurtulmalıyıq” -   Erməni deputat

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ məsələsində yüksək həssaslıqdan qurtulmalıyıq” - Erməni deputat

Rəsmi

07 May 2021 13:05 1402


“Ermənistan ictimaiyyəti Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməlidir”

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin bugünkü iclasında 44 günlük müharibədən sonra Qarabağ ətrafında baş verənlərə münasibət bildirərkən, hakim “Mənim addımım” blokundan olan deputat Viktor Yengibaryan bildirib.

O deyib: “İnanıram ki, erməni tərəfi və xüsusən də ictimaiyyətimiz bütün bunlardan sonra qorxulardan qurtulmalı və Qarabağ məsələsinə yüksək həssaslıq göstərməməlidir. Siyasi qüvvələr insanların hissləri ilə oynamağı dayandırmalıdır. Bu, çox incə bir məsələdir və siyasi qüvvələr bunu manipulyasiya etdikdə, məlum olur ki, hamımızı düşündürən məsələyə belə həssas bir münasibət daha rasional siyasət yürütməyimizə mane olur”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!