"Qarabağ" aşağı yaş qruplarında məşqləri ləğv edib.
"Yeni Sabah" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə "Qarabağ"ın Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub. Telegram kanalımız