“Qarabağ" yeni transfer etməyə hazırlaşır.
Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, Ağdam klubu millimizin mərkəz müdafiəçisi Bəhlul Mustafazadəni heyətinə qatacaq. 24 yaşlı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Sabah”dan ayrılan Mustafazadənin Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubuna transferi ləğv edilib. pizza sifarişi
B.Mustafazadənin “Qarabağ”a keçəcəyinə dair ilk xəbəri fanat.az saytı yayıb.
Telegram kanalımız