“Qarabağ” “Molde” ilə heç-heçə etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Molde” ilə heç-heçə etdi

İdman

01 Dekabr 2023 02:15 1387


Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşıb. Gərgin keçən görüş 2:2 hesabı ilə başa çatıb.

Nəticədə hər iki komanda xallarının sayını 7-yə çatdırıb. Hazırda H qrupunda "Qarabağ" 2-ci, "Molde" isə 3-cüdür.  Dominos pizza

İlk turda Bakıda keçirilən "Qarabağ" - "Molde" matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. Növbəti turda "Qarabağ" "Hekken"lə, "Molde" isə "Bayer"lə qarşılaşacaq.

H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edib və 0:2 hesabı ilə uduzub.

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 2:2

Qollar: Kristian Eriksen, 83, 88 - Olavio Juninyo, 11, Bəhlul Mustafazadə, 90+5

Baş hakim: Erik Lambrexts (Belçika) 

Norveç. Molde stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!