"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Yenisabah.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb.
Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Əlavə edilən ilk hissədə "Molde" 11 metrlik cərimə zəribəsindən yararlana bilməyib. Penalti seriyasında isə hər iki komanda ilk 5 zərbəni dəqiqliklə yerinə yetirib. "Molde"li futbolçu 6-cı topu da tora qovuşdurub. "Qarabağ"dan isə topa yaxınlaşan Bədavi Hüseynov qapıçını keçə bilməyib. Belədə "Qarabağ" Çempionlar Liqasındakı çıxışını başa vurub. Komandamız Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq. Toyuqlu pizza
Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün Kiprdə keçirilməsinə qərar vermişdi.
16 sentyabr
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0(5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"
Telegram kanalımız