“Qarabağ” - “Molde” oyununun biletləri nə zaman satışa çıxarılacaq?

“Qarabağ” - “Molde” oyununun biletləri nə zaman satışa çıxarılacaq?

İdman Veb saytların hazırlanması

15 Sentyabr 2023 23:25 621


UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan “iticket.az”da satışa çıxarılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

“iticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!