UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununda Norveçin "Molde" klubu il qarşılaşacaq "Qarabağ"ın start heyəti açıqlanıb.
Yenisabah.az xəbər verir ki, matçda oynaması sual altında olan Xayme Romero görüşü tribunadan izləyəcək. "Qarabağ" üçün sevindirici xəbər Mahir Emrelidən gəlib. Premyer Liqanın son oyununda ayağı burxulan hücumçu ilk "11-lik"də yer alacaq.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Ovusu Kvabena, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Donald Gerye, 19. Filip Ozobiç, 11. Mahir Emreli Marqarita pizza
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Telegram kanalımız