“Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir” – Eldar Qasımov   + Video

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir” – Eldar Qasımov + Video

Şou

28 İyul 2020 15:58 1060


"Bir azdan paylaşımlar dəyişəcək. Ciddi, vətənpərvər məzmunlu postları yeyib-içmək, həyat tərzini, gündəlik həyatımızı əks etdirən fotolar əvəzləyəcək".

Yenisabah.az xəbər verir ki, bu sözləri Avroviziya təmsilçimiz Eldar Qasımov deyib. O, vətənpərvər paylaşımların artıq dəyişdiyindən söz açıb:

"Belə də olmalıdır, həyat öz axarı ilə davam edir. Bir millət olaraq çox şeyə göz yumuruq. Səfeh deyilik. Bu, ürəyiyumşaqlığımızdan və mehribançılığımızdan irəli gəlir. Həddindən artıq dərəcədə rəhimliyik. Fərq etmir, hardasan, necə əylənirsən, iş başında şəkil çəkirsən, sevinclisən, kədərlisən... Əsas odur ki, Qarabağ mövzusu içimizdə bir neçə günlük yanıb sönməməlidir. Onu hər addımda və əməldə daşımalıyıq. Necə? Mariflənməliyik, inkişaf etməli və oxumalıyıq, güclənməliyik. Hər kəs işini vicdanla görsə, bir-birinə hörmətlə yanaşsa, vətənpərvərliyin nə olduğunu hiss edib, etdirəcəyik". Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!