Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda ilk ev oyununa çıxıb.
Qurban Qurbanovun komandası Fransa “Nant”ını qəbul edib. Matç "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Pepperoni pizza
İlk turda Almaniyada “Frayburq”a uduzan (1:2) Ağdam klubu qrupda ilk xallarını qazanıb.
Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”u qəbul edib və həmin görüşdə də eyni hesab qeydə alınıb. Amma bu dəfə qonaqlar meydanı 3 xalla tərk ediblər.
15 sentyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) - 3:0
Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Telegram kanalımız