"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sabiq futbolçusu Dino Ndlovunun Ağdam klubuna qayıtmaq istəməsi ilə bağlı xəbərləri şərh edib.
Yenisabah.az xəbər verir ki, o, hazırda Çinin "Çjetszyan Qrintaun" klubunda çıxış edən 31 yaşlı cənubi afrikalı hücumçu ilə bağlı deyib:
"Klubun mətbuat xidməti bizim adımızdan məlumat vermişdi, Dinonu çox istəyirik. "Qarabağ"ın bir parçası olub, böyük uğurlarda onun payı var. Hazırda Dino ilə bağlı belə bir məsələ yoxdur. Yanvar ayında sadəcə epizodik danışıq olmuşdu, təklif olunmuşdu. Amma klubunda onun müqaviləsi var. Yəni aramızda ciddi bir danışıq olmayıb". pizza sifarişi
Qeyd edək ki, Dino 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib və 54 oyuna 20 qol vurub. Onun özünün “Qarabağ”da oynamaq istədiyi bildirilir.
Telegram kanalımız