YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Qarabağ” - “Neftçi” oyunu üçün biletlərin qiyməti açıqlandı

“Qarabağ” - “Neftçi” oyunu üçün biletlərin qiyməti açıqlandı

İdman

29 Sentyabr 2022 19:32 833


Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçı üçün biletlərin qiyməti açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qarabağ"  klubunun rəsmi saytında məlumat yayılıb.

Sentyabrın 30-u saat 11:00-da satışa çıxarılacaq biletlərin qiyməti sektorlara uyğun olaraq, 5 - 20 AZN arasında dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletlər sabah yalnız onlayn qaydada (iticket.az) satılacaq. Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq.

Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!