“Qarabağ ”  “Neftçi”ni  məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ ” “Neftçi”ni məğlub etdi

İdman

01 Dekabr 2024 21:18 1115


"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.

XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib.

Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər. Pepperoni pizza

Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.//Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!