“Qarabağ” “Neftçi”yə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Neftçi”yə qalib gəldi

İdman

18 Dekabr 2023 22:22 989


Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, turun mərkəzi oyununda lider "Qarabağ" 5-ci pillədəki "Neftçi"ni qəbul edib. Matç Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.

Bu qələbə sayəsində “Qarabağ” xalını 38-ə çatdırmaqla liderliyini daha da gücləndirib. İndi onunla ikinci yerdəki “Zirə” arasında 9 xallıq fərq yaranıb. 25 xalı olan “Neftçi” isə 5-ci pillədə qalıb. pizza

18 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ”– “Neftçi” - 2:0

Qollar: Yassin Benzia, 71, Hamidu Keyta, 90+2

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Vüsal Məmmədov, Kamal Umudlu

Tofiq Bəhramov adına Respublika Stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!