Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda minimal hesabla qalib gəlib- 1:0.
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub. pizza hut
19:30 "Qarabağ" – "Neftçi" - 1:0
Qol: Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu
/Qol.az
Telegram kanalımız