“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə “Sivasspor”una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Məlumata görə, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda təşkil olunacaq. pizza sifarişi
“Qarabağ” daha əvvəl “Sivasspor”la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib.
Ağdam təmsilçisi II turda İspaniya “Vilyarreal”ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Qeyd edək ki, “Qarabağ” – “Sivasspor” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Telegram kanalımız