“Qarabağ“-“Olimpiakos“ matçının biletləri satışa çıxarıldı:   100 manat...

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“-“Olimpiakos“ matçının biletləri satışa çıxarıldı: 100 manat...

İdman

09 Oktyabr 2022 12:33 1052


"Qarabağ" klubunun Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb. 

Klubdan Yenisabah.az-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar. Pepperoni pizza

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!