“Qarabağ” - “Olimpiakos” oyununa cəmi 300 bilet qalıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Olimpiakos” oyununa cəmi 300 bilet qalıb

İdman

12 Oktyabr 2022 19:45 1020


Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçı üçün cəmi 300 bilet qalıb.

Ağdam klubundan Yenisabah.az-a verilən məlumata görə, həmin biletlər oktyabrın 13-də - oyun günü satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29 və 38-ci sektorlar üçün nəzərdə tutulmuş biletləri yalnız kassalardan və müvafiq satış məntəqələrindən almaq mümkündür. Bu biletlər üçün onlayn satış həyata keçirilməyəcək. Sezar pizza

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!