“Qarabağ” “Olimpiya”nı keçərsə... - Qrupda kimlər var? 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” “Olimpiya”nı keçərsə... - Qrupda kimlər var? 

İdman

30 Avqust 2023 11:59 647


Avqustun 31-də "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində cavab görüşünə çıxacaq. 

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi son Sloveniya çempionu "Olimpiya"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. Qurban Qurbanovun komandası ilk görüşdə 2:0 hesablı qələbə qazandığından onların qrupa düşmək şansı yüksək qiymətləndirilir. Komanda uğursuzluğa məruz qalaca]; halda isə Konfrans Liqasının qrupunda yarışmalı olacaq.  

Bəs, "Qarabağ" Avropa Liqasının qrupuna düşərsə, orada kimlərlə qarşılaşa bilər?  pizza hut

Qeyd edək ki, yarışda 32 komanda mübarizə aparacaq. Hər birində 4 iştirakçı olmaqla 8 qrup təşkil ediləcək. Qrupun qalibi 1/8 finala birbaşa vəsiqə qazanacaq, 2-ci yeri tutan həmin mərhələdə oynamaq üçün Çempionlar Liqasının 3-cüsü ilə yarışacaq. Avropa Liqasının 3-cüsü isə avrokubokda mübarizəni Konfrans Liqasının pley-off mərhələsindən (1/16 final) davam etdirəcək. 

Qol.az bildirir ki, 32 klubdan 12-si qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. Digər 20 iştirakçı AL-in ilkin pley-off mərhələsinin qalibi və Çempionlar Liqasının pley-off mərhələsinin məğlubu olacaq. 

Artıq Avropa Liqasının qrupunda yarışacaq 19 komandanın adı qətiləşib. Onların sırasında İngiltərənin "Liverpul" klubu da var. Son 13 iştirakçı ÇL-in bugünkü, AL-in isə sabahkı pley-off mərhələsindən sonra müəyyənləşək. 

Hazırda qrup mərhələsində oynamaq hüququ olan 19 komanda bunlardır: 

Avstriya: "Şturm" 

İngiltərə: "Brayton", "Liverpul", "Vest Hem" 

İspaniya: "Betis", "Vilyarreal"

Fransa: "Olimpik", "Renn", "Tuluza"

İtaliya: "Atalanta", "Roma"

Almaniya: "Frayburq", "Bayer"

Yunanıstan: "Panatinaikos"

İsrail: "Makkabi" Hayfa

Norveç: "Molde"

Portuqaliya: "Sportinq"

Serbiya: "Baçka-Topola"

İsveçrə: "Servett" 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!