Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” - “Omoniya” oyununun hakimləri açıqlanıb.
Yenisabah.az xəbər verir ki, matçı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Morten Krox olacaq. Ona Nils Höq və Steffen Bek Bramsen köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Yorgen Dauqbyerq Burxardt icra edəcək. Dominos pizza
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. "Qarabağ" 10 xalla qrup lideridir. "Omoniya" isə 2 xalla 3-cü yedədir.
Telegram kanalımız