Qarabağ ordusunun buraxılması haqda xəbər təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ ordusunun buraxılması haqda xəbər təsdiqləndi

Rəsmi

04 Fevral 2021 13:07 1752


"Qarabağ hakimiyyəti sərhədlərimizin qorunması üçün müqavilə əsasında peşəkar bölmələrin təşkili ilə məşğul olur”.

“Yeni Sabah” xəbər verir ki, "Qarabağ Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan yerli televiziyaya bildirib. Bununla da o, Qarabağ ordusunun buraxılacağına dair şayiələri dolayısı ilə təsdiqləyib.

Azərbaycanlı əhalinin Xankəndiyə və Xocalıya qayıdacağı haqda deyilənləri şərh edən Balasanyan bildirib ki, bu, şayiədir. Eyni zamanda o vurğulayıb ki, bu, yaxın vaxtlarda baş verməyəcək. Marqarita pizza

Beləliklə, Nikol Paşinyan və Araik Arutyunyanın Qarabağ Silahlı Qüvvələrinin buraxılmasına razılıq verməsi barədə erməni müxalifətinin məlumatları təsdiqlənməyə başlayır. Qeyd edək ki, ötən həftə separatçıların lideri Arutyunyan Moskvaya səfər edib və orada Rusiyanın güc strukturlarının nümayəndələri ilə görüşüb. Qayıdandan sonra bəyanat verib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində hər hansı statusu ola bilməz. / Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!